3 Eylül 2016 Cumartesi

Giriş

Giriş

«Şeytan onlara hakim olmuş və Allah`ı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Bilin ki, ziyana uğrayanlar məhz onlar şeytanın firqəsidir!» («Mucadələ» surəsi, 19)
Allah Hz.Adəmdən əvvəl mələkləri və cinləri yaratmışdı. Onlar Allah`ı vəsf və mədh etməklə təsbih edirdilər. Allah sonra ilk insan olan Hz.Adəmi yaratdı və mələklərə ona səcdə etmələrini əmr etdi.
Mələklər Allah`ın əmrinə qəlbən itaət edərək Hz.Adəmə səcdə etdilər. Lakin mələklər arasında yer alan və cinlərdən olan İblis Allah`ın bu əmrinə qarşı çıxaraq Ona üsyan etdi. Çünki İblis özünün Hz.Adəmdən daha üstün olduğuna inanırdı. İblis bu təkəbbürünə görə ondan «Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?» («Səd» surəsi, 75) soruşan Allah`a belə cavab vermişdi:
«Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmİsan!» («Səd» surəsi, 76).
Allah`ın əmri qarşısında belə itaətsizliyə cürət edən İblis Allah tərəfindən lənətlənmiş və o, əbədi cəhənnəm əzabına layiq görülmüşdür.
İblisin Allah`a qarşı çıxmasına səbəb olan amil onun «təkəbbürü» və ya başqa sözlə desək, «özünü üstün hesab etməsi» idi. İblisin həmin lovğalığını ortaya çıxaran ən böyük səbəb onun nəfsində gizlədiyi bir xüsusiyyət idi «ənaniyyət», «təkəbbür»...
Ərəb dilindəki «ənaniyyət» termini «mən» mənasında olan «ənə» sözündən əmələ gəlmişdir. Bir insanın özünə sərbəst şəkildə mənlik hissi verməsi, həm özünün, həm də ətrafında olanların varlığının Allah`dan heç bir asılılığının olmamasını iddia etməsi onun öz hərəkət və davranışlarını, baxışlarını və fikirlərini həmin düşüncə əsasında formalaşdırıb tənzimləməsi deməkdir.
Təkəbbür də ənaniyyətin təzahürlərindən biridir. Əgər bir insan həyatda bircə dəfə də olsa özünü mühüm şəxs kimi hiss edərsə, həmin insan Allah`ın ona verdiyi imkan və xüsusiyyətlər sayəsində qİsa müddət ərzində təkəbbürlülük psixologiyasına düşər.
Belə bir insan özünü hər zaman ön planda, ən yüksək mövqedə görməyə və göstərməyə başlayar. Quranın ifadəsi ilə desək, belə azğın vəziyyətdə olan insan özünə tanrılıq xüsusiyyəti vermiş olur.
Bu səbəbdən də ənaniyyət və bununla bağlı olan təkəbbürlülük və lovğalıq Allah`a şərik qoşmaqla və küfr etməklə eyni tutulmuşdur. Belə ki, İblisin bu xüsusiyyəti Quranda «Səd» surəsinin 74cü ayəsi ilə bildirilmişdir: «...təkəbbür göstərdi və kafirlərdən oldu» («Səd» surəsi, 74).
İblisin Hz.Adəmə səcdə etmək əmri alan zaman ortaya çıxan təkəbbürü onun əbədi əzaba düçar olmasına səbəb olmuşdur. Bu hal lovğalıq və təkəbbürlülüyün həmin kimsə üçün necə böyük bir təhlükə olduğunu göstərməyə kifayət edir.
Təkəbbürlülük və lovğalıq şeytanın xarakterinin ən başlıca xüsusiyyətidir. Bu səbəbdən də «ənaniyyət» hissi və bundan doğan təkəbbürlülük bütün azğınlıqların əsas qaynağı və təməlidir. Həmin xüsusiyyətlər milyonlarla insanı tarix boyunca sonsuz cəhənnəm oduna saldığı kimi bu gün də saysızhesabsız insanın mənlik hissini təhlükə altında qoyur və onları İblisin yoluna çəkir.
Təkəbbürlü və lovğa olan, yəni özünə xüsusi bir mənlik hissi verərək Allah`a qarşı haqsız olaraq təkəbbürlülük göstərən, Onun qarşısında nə qədər aciz olduğunu bilməyən, Onun ayələrindən üz döndərən hər bir insan şeytanın bu hiyləsinə düşməyə məhkumdur. Əlinizdə olan kitabın əsas məqsədi də təkəbbürlülüyü və təkəbbürlülük hissinə tutulanların xüsusiyyətlərini Quranda bildirilən şəkildə hər baxımdan üzə çıxarmaq, lovğalığın və təkəbbürlülüyün öz təsiri altına salmağa çalışdığı hər bir insanı bu mənfi təsirdən təmizlənməyə və çəkinməyə dəvət etməkdir.
Bu səbəblə də lovğa və təkəbbürlü insanların bütün kitab boyunca ayələrdə qeyd olunan halları onların ən əsas xüsusiyyəti olan «ənaniyyət» anlayışı çərçivəsində incələnib nəzərdən keçiriləcək.
Ümidvarıq ki, bu kitab onu oxuyanların İblisə aid bu xüsusiyyətlərdən uzaq olmaları üçün bir xəbərdarlıq və nəsihət olacaq.

Təkəbbürlü Olmağin Səbəbləri

Təkəbbürlü Olmağin Səbəbləri

Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, təkəbbürlülüyün əsasında insanın özünü Allah`dan asılı olmayan bir varlıq kimi görüb malik olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlanmasını güman etməsi, bu səbəbdən də özünə «mənlik» kimi bir hiss verməsi dayanır. Halbuki bunun nə qədər cəfəng bir məntiq olduğunu görmək üçün müəyyən bir inanca və etiqada malik olmağa heç bir ehtiyac yoxdur.
Əgər insan bir qədər düşünsə, bu dünyaya öz istəyi ilə gəlmədiyini, burada nə qədər qalacağını bilmədiyini, malik olduğu fiziki xüsusiyyətlərin ona şəxsi istəyinə əsasən verilmədiyini asanlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin müvəqqəti olduğunu və onların nəhayət bir gün yox olacağını dərk edər. Bütün bu qeyd olunanlar həmin insanın tamamilə aciz olmasının, heç nəyin, hətta əlində olan ən böyük şeylərin də əslində ona aid və onun nəzarətində olmamasının ən böyük dəlilləridir. Bunlar barədə bir qədər də dərindən düşündüyümüz zaman həmin dəlillərin sayını artırmaq olar. Bütün bu həqiqətlərdən sonra bir insanın təkəbbürlülük göstərib lovğalanmasının nə qədər alçaldıcı, nə qədər ağıldan və məntiqdənkənar bir hərəkət olması göz qabağındadır. Lakin əksər insanlar hətta belə sadə həqiqətləri də dərk etməyəcək və ya unudacaq bir şüursuzluq içində yaşayırlar. Elə bu səbəbdən də yaşadığımız dövrdə bir qədər az və ya çox şəkildə təkəbbür göstərməyən, lovğalanmayan insana rast gəlmək çox çətindir.
Halbuki Allah`ın böyüklüyünü, Onun bütün mövcud olanları yoxdan yaratdığını, insanların malik olduğu bütün imkanların və özəlliklərin onlara Allah tərəfindən verildiyini, Allah`ın dilədiyi anda hər şeyi onlardan ala biləcəyini, bütün canlıların bir gün öləcəyini, əbədi qalan (baqi, yəni varlığının sonu olmayan) varlığın yalnız Allah olduğunu bilən və daim bunu düşünən bir insanın təkəbbürlü və lovğa olub azğınlıq etməsi qeyrimümkündür. Yalnız bütün bunları dərk edə bilməyən, öz qüsurlarını, acizliyini və sonda öləcəyini unudan insan belə bir şeyə cürət edə bilər.
Təkəbbürlülüyə səbəb olan amillər çox müxtəlifdir. Bəzən bir insanın əhəmiyyət vermədiyi bir məsələ digər bir insan üçün lovğalanmağa ən böyük səbəb ola bilər. Lakin bütövlükdə təkəbbür göstərib lovğalanmağa səbəb olan amillər bir çox insanlarda eynidir. Bu amillər bir insanın malik olduğu fiziki və ya əqli, maddi və ya mənəvi imkan və xüsusiyyətlərdən qaynaqlanır. Ən çox rast gəlinən səbəblər isə aşağıdakılardır:
* güc və zənginlik;
* gözəllik və gənclik;
* vəzifə, ictimai mövqe və nüfuz;
* zəka, mədəniyyət və təhsil səviyyəsi.
Əlbəttə, bütün bu xüsusiyyətləri öz aralarında təsnifləşdirərək çoxaltmaq da olar. Burada insanın düşdüyü mühitə və şəraitə görə təkəbbür göstərə biləcəyi başqa səbəblər də ola bilər. Lakin əsas etibarilə ətrafındakı adamların təkəbbür göstərməsinin səbəblərini araşdıran hər bir insan yuxarıda qeyd olunan xüsusiyyətlərdən birinə və ya bir neçəsinə mütləq rast gələcək.
Yuxarıda sadalanan bu xüsusiyyətlərə ayrıayrılıqda diqqət yetirildiyi zaman bütün bunların müvəqqəti amillər olması, insanın bunlara əbədi şəkildə sahib ola bilməyəcəyi aydın olur. Bir insan nə qədər gözəl, nə qədər varlı, nə qədər ağıllı olursaolsun, bütün bunlar müvəqqətidir və onlar bəlkə 50 il, bəlkə 80 il və ya ən çoxu 100 il davam edə bilər... Dünyanın hətta ən varlı insanı da, ən gözəl qadını da bundan artıq həyat sürə bilməz. Nəhayət, hər zaman qaçdığı ölüm insanı bir gün haqlayacaq və öyündüyü bütün cəhətlərini onun əlindən alacaq. Həmçinin bunu da yaddan çıxarmamaq lazımdır ki, heç bir insan həyatı boyu bütün istədiklərinə nail olacağına və onları bir daha itirməyəcəyinə əmin ola bilməz; onun buna heç bir zəmanəti yoxdur. İnsan sahib olduğu üçün lovğalandığı bütün maddi və mənəvi imkanları hər zaman itirə bilər. Biz insanlar ətrafımızda buna bənzər hadisələrlə teztez rastlaşırıq. Dünya həyatının əsl tərəfləri müqəddəs QuraniKərimdə də bütün insanların nəsihət alıb dərk edəcəyi şəkildə bildirilmişdir:
«Bilin ki, dünya həyatı oyunoyuncaq, bərbəzək, birbirinizin qarşısında öyünmək və maldövləti, oğuluşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi məhsul əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb solduğunu, daha sonra çörçöpə döndüyünü görərsən. Axirətdə şiddətli əzab, Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir» («Hədid» surəsi, 20).
Bir qədər əvvəl də bildirdiyimiz kimi, təkəbbürə və lovğalığa səbəb olan bu xüsusiyyətlər əslində insana aid olan üstünlüklər deyil. Bütün bunlar Allah`ın insanlara Ona şükr etmək üçün verdiyi nemətlərdir. Lakin insan bu nemətləri ona verənin Allah olması həqiqəti və onların insana verilmə məqsədi barədə düşünmədikdə insanın təkəbbürü artır və o, əlində olan bütün nemətlərin mənbəyinin elə özü olduğunu güman etməyə başlayır.
Indi isə təkəbbür və lovğalığa səbəb olan bu xüsusiyyətləri və insanın vərdiş halına çevirdiyi həyatın iç üzünü, həmçinin bu həyatın müvəqqəti olması həqiqətini birbir nəzərdən keçirək...

Güc və Zənginlik

Tarix boyunca yaşamış ən təkəbbürlü və lovğa insanlara nəzər yetirdiyimiz zaman onların mütləq böyük qüvvə və böyük sərvətlər sahibi olduğunu görürük. Bu insanlar əllərində olan gücə və imkanlara görə doğru yoldan azaraq ətraflarında olan insanlara zülm etmişlər.
Halbuki öz vardövlətləri və sərvətləri ilə lovğalanan bu insanların dərk edə bilmədikləri çox mühüm bir həqiqət var: bu həqiqət də ondan ibarətdir ki, varlı və ya yoxsul olmasından asılı olmayaraq hər bir insan bir gün torpağa tapşırılacaq. Pul, maldövlət və sərvətlər isə insan öldüyü zaman öz dəyərini və mənasını itirəcək və bu dünyada qalacaq, insanı qarşıda gözləyən axirət həyatı isə davam edəcək. Bu dünyada əldə etdiyi pulu və sərvəti Allah yolunda sərf etməmişdirsə, həmin insan əbədi həyatda bunların heç bir faydasını görməyəcək. Əlindəki vardövlətə görə təkəbbür göstərib lovğalanan, özünü üstün sayan insan yaddan çıxarır ki, o, hətta ən kiçik bir virusa da çox asanlıqla məğlub ola bilər. Ən əsası isə odur ki, belə insanların hətta bir dünya qədər vardövlətləri olsa da onlar təkcə bir mikrob qarşısındakı acizlikdən xilas ola bilmirlər. Hətta bundan artıq vardövlətləri olsa da onlar ölümdən qaça bilməzlər.
Üstəlik bu insanlar özlərindən sonra qoyub getdikləri vardövlətləri ilə bu dünyadakı hörmət, etibar və nüfuzlarını qoruyub saxlayacaqlarını fikirləşsələr də axirətdə hesab verəcəkləri gün məyus olacaqlar. Çünki belə adamlar nə qədər varlı olsalar da öləndən 35 il sonra onları bəlkə də yalnız bir neçə nəfər xatırlayacaq. Eyni zamanda istisna olaraq hətta bir çoxları tərəfindən xatırlansalar da bunun onlara heç bir faydası olmayacaq. Çünki bütün həyatları boyunca Rəbbimiz qarşısında göstərdikləri təkəbbürün əvəzini alarkən kimlərinsə onları yada salmasının heç bir faydası olmayacaq.
Bu mövzu ilə bağlı başqa mühüm məqam isə təkəbbür göstərib lovğalanan insanların özlərinin bu cəhətləri ilə şəxsiyyət dərəcəsinə yüksəlmələridir. Halbuki əsl şəxsiyyət vardövlət və zənginliklə əldə edilmir. Çünki bütün bu sərvətlər əldən çıxdıqda və ya həmin vardövlətin daha artığına sahib olan bir insanla qarşılaşanda bu güc, bu hörmətizzət, bu mövqe və yüksək mərtəbə qəfildən yoxa çıxır. Əgər bir insan öz sərvəti, vardövləti və zənginliyi ilə özünə etimad və mövqe qazanıb yüksək mərtəbəyə çatırsa, bütün bunların olmadığı və ya az olduğu hallarda həmin insan təbii olaraq məyus və ya etibarsız olacaq.
Halbuki bütün varlıqları yaradan Allah`a iman gətirən, yalnız Ona etibar edib arxalanan bir insan nə qədər böyük ölçüdə maddi ziyana düşsə də bundan onun şəxsiyyətinə heç bir xələl gəlməz. Çünki gücün yeganə mənbəyi Uca və Qadir Allah`dır və Allah`ın olmaması və itməsi (bu ifadələrdən Allah`a sığınırıq) kimi bir anlayış da qeyrimümkündür. Deməli, bir insanın özünə etibarını və inamını formalaşdıran yeganə güclü səbəb onun imanından və inamından qaynaqlanan Allah`a güvənc hissidir.
Özünün hər bir işində yalnız Allah`a etibar edib arxalanan insan çox güclü insandır. Allah`ın fövqündə heç bir qüvvə yoxdur. Allah diləmədiyi təqdirdə iman gətirən insana heç bir zərər gəlmədiyi kimi bir hadisənin baş verməsi üçün də Allah`ın yalnız «Ol!» deməsi kifayət edir. Təbiətən aciz və möhtac olan insan övladı üçün Allah`a olan yaxınlıqdan daha böyük bir güc barədə hətta düşünmək də mümkün deyil. Bu səbəbdən də vardövlətdən və ya başqa imkan və xüsusiyyətlərdən irəli gələn şəxsiyyət anlayışı möminə xas deyildir. Əsl mömin bütün bunları yalnız Allah`ın bir neməti və yalnız Onun yolunda istifadə edilməli olan imkanlar kimi qiymətləndirir. Bir ayədə belə buyrulur:
«Maldövlət, oğuluşaq bu dünyanın bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də ümid etibarilə daha xeyirlidir!» («Kəhf» surəsi, 46).
Yuxarıdakı ayədən də aydın olduğu kimi, təkəbbürlü və lovğa insanlar hətta öz övladlarına da bir növ maddiyyat gözü ilə baxır və onlardan öyünmək və lovğalanmaq vasitəsi kimi istifadə edirlər. Belələri övladlarının malik olduğu bütün xüsusiyyətlərdə öz əməklərinin olduğunu bildirir, elə təkəbbür göstərirlər ki, sanki bu uşaqları yaradan da elə özləridir. Belə insanlar öz övladlarını onlara verilmiş bir nemət və Allah`ın dilədiyi şəkildə tərbiyə edilməli olan əmanət kimi yox, başqaları ilə rəqabətdə istifadə edəcəkləri bir vasitə kimi görürlər. Buna görə də uşaqlarının nə yeməsi, nə geyməsi, hansı məktəbə getməsi, hansı avtomobil və ya hansı ixtİsas sahibi olması kimi məsələlər sözügedən adamlardan ötrü çox böyük əhəmiyyət kəsb edir.
Insanlar arasında geniş yayılan «özünü nümayiş etdirmək, özünü göstərmək» xəstəliyi yalnız onların övladları ilə məhdudlaşmır. Cəmiyyətin mühüm hissəsini təşkil edən insanlar özlərini birbirinə yedikləri, içdikləri, geyindikləri, avtomobilləri, yaşadıqları evlər və onların içində olan əşyalarla nümayiş etdirirlər. Burada ən maraqlı cəhət isə odur ki, belə insanlar bütün həyatları boyunca etdikləri hər şeyin başqaları tərəfindən təqdir olunub qiymətləndirilməsini qarşılarına bir məqsəd kimi qoyurlar. Qİsaca olaraq belə demək olar ki, heç kim öz sağlamlığı, ehtiyacı və ya rahatlığı üçün hərəkət etmir. Evlərinin nə ilə döşənməsindən başlayaraq avtomobillərinə, hətta geyimlərinə qədər hər şey onların öyünə və lovğalana bilmələri üçün bir vasitədir. Ətraflarında olan insanların nə deyəcəkləri onlar üçün çox mühümdür. Bu da daimi ehtirasa və daha artığını istəməyə səbəb olur. Görəsən, həmin ehtiras insanın nəfsinin bütün istəklərini təmin etmək üçün kifayətdirmi?
Allah inkarçı bir insanın ehtirasının heç bir zaman bitibtükənmək bilmədiyini Öz ayələri ilə bizim diqqətimizə çatdırır. İnsanın inkarçılığı və təkəbbürü artdıqca onun vardövlət ehtirası və acgözlüyü də artır. Belə ki, aşağıdakı ayələr inkarçı insanın malik olduğu mənəvi ruh halını bizə aydın şəkildə açıqlayır:
«Məni Öz yaratdığım kimsə ilə tək burax! Mən ona bol maldövlət əta etdim. Yanında hazır duran oğullar. Ona hər şeyi artıqlaması ilə müyəssər etdim. Bütün bunlardan sonra yenə də artırmağımı istəyir» («Muddəssir» surəsi, 1115).
Ayədə də ifadə edildiyi kimi, bu dünya həyatında nəfsinin istəkləri heç vaxt bitmədiyinə görə insan daim ondan daha artığını əldə etmək istəyir. Arzuladığına sahib olana qədər ehtirasla istəyir, sahib olduqdan dərhal sonra isə yenisini istəməyə başlayır və bu ehtiras onun bütün həyatı boyunca davam edir. İnsan övladı belə hesab edir ki, o, arzuladığı bir şeyi əldə etdikdən sonra çox xoşbəxt olacaq, lakin bu, bir neçə dəfədən sonra bunun əslində belə olmadığını anlayır. Buna baxmayaraq daxilində olan ehtirasın təsiri ilə daha yaxşısını və gözəlini əldə etməyə tamah salır. Məsələn, bir mənzil almaq üçün illərlə çalışır. Həmin mənzili aldıqdan biriki il sonra daha yaxşı, daha rahat və geniş bir mənzil görür və bu dəfə onu almaq istəyir. Fərz edək ki, onu da aldı, bundan da üçbeş il keçəndən sonra ayrıca bir evə köçmək kimi xəyallar qurmağa başlayır. Yaxşı, bunu da aldıqdan sonra nə olacaq? Yəqin ki, sonra da daha yüksək quruluşa malik, lüks döşənmiş, üzgüçülük hovuzu və ya müxtəlif özəllikləri olan yeni bir yer istəməyə başlayacaq.
Ətrafımızda da bunun müxtəlif nümunələri ilə rastlaşırıq. İnsanlar ev, avtomobil, bağ kimi şeylərlə və övladları ilə məşğul olarkən özlərini çox dar çərçivəyə salır və həyatlarının sonuna qədər vaxtlarını bunlarla keçirirlər. Əlbəttə, insanların bunları istəməsi çox təbii və məqbuldur, lakin onların bütün həyatlarını belə işlərə sərf etməsi son dərəcə mənasızdır. Beləliklə, bəzi insanlar belə həyat oyunlarında öz istəklərinə nail olsalar da onların əksəriyyəti öz arzusuna çatmır və həyatdan da ürəklərində qalmış həmin arzu və ehtirasları ilə birgə köçürlər.
Belə böyük vardövlət ehtirasına malik olmaq əslində çox mənasız işdir. Bu mənasızlıq yalnız dünyanın müvəqqəti olması və həyatın bir göz qırpımında keçməsi ilə bağlı deyil. Bunu da unutmaq olmaz: dünyada ən zəngin insanların həyatına nəzər yetirdiyimiz zaman görürük ki, belə adamlar onlarla otaqdan ibarət olan malikanələrə malik olsalar da onlar eyni anda bütün otaqlardan istifadə edə bilmədiklərinə görə bu otaqların yalnız birində yaşayırlar. Onlar qarderoblarla dolu olan geyimlərə malik olsalar da eyni anda yalnız bir geyimdən istifadə edirlər. Həmçinin hər saatda bir geyim dəyişdirsələr də bir müddətdən sonra bundan da bezirlər. Allah`ın neməti olan minlərlə növ yeməklərə malik olsalar belə ən çoxu ikiüç qab yeməklə kifayətlənir, çox yemək istəsələr də bu, onlardan ötrü bir işgəncəyə çevrilir... Bütün bu qeyd olunanlardan aydın görünür ki, insanların əksər davranışları yalnız boş ehtirasdan irəli gəlir. Halbuki adi gözlə baxdığımız zaman bu sadalananlar nə ehtiras, nə də təkəbbür qaynağıdır, tam əksinə, bütün bunlar müvəqqəti dünyanın aldadıcı üzüdür. İnsanların qulaqardına vurduğu və diqqət yetirmədiyi bu həqiqət Quranda belə ifadə edilir:
«Qadınlar, uşaqlar, qızılgümüş yığınları, yaxşı cins atlar, malqara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır» («Aliİmran» surəsi, 14).
Burada diqqət yetirilməli olan başqa bir mühüm cəhət isə insanın sahib olduğu hər şeyin yalnız Allah`ın diləməsi ilə mövcud olmasıdır. Allah bəzi insanları onlar dünyaya gələndən etibarən varlı edir, bəzilərini də bütün ömrü boyu yoxsulluqla imtahana çəkir. Lakin bir insanın Allah`ın ona verdiyi nemətlərə görə təkəbbür göstərib lovğalanması ağılsızlıqdır. Çünki Allah insanlar arasında istədiyi adama çox az, bəzilərinə isə daha artıq nemət və ruzi verə bilər. Hər iki hal da imtahan üçündür, dünyada kimin daha yaxşı və gözəl əməl sahibi olacağını sınamaqdan ötrüdür. Bu da bir ayədə belə ifadə edilir:
«Allah istədiyi bəndənii ruzisini bol da edər, azaldar da. Onlar isə dünya həyatı ilə sevindilər. Halbuki dünya həyatı axirət həyatı ilə müqayisədə çox cüzi bir şeydir» («Rəd» surəsi, 26).
Bu halda müddəti bir göz qırpımına bərabər olan dünya həyatında bir tələyə düşməmək və əlindəki vardövlətdən Allah`a təkəbbür göstərmək vasitəsi kimi yox, Ona şükr etmək vasitəsi kimi istifadə etmək lazımdır. Çünki qiyamət günü bütün vardövlətin və övladların yox olub gedəcəyi dəhşətli bir gündür. Hər şeyin altüst və darmadağın olacağı həmin qiyamət günü həm bunlardan bir əsərəlamət qalmayacaq, həm də Allah`a qarşı işlənən hər bir günahın cəzası veriləcək.
Bu kitabın sonrakı fəsillərində əllərindəki vardövlətləri səbəbi ilə təkəbbür göstərib lovğalanan və bu cəhətlərinə görə adları Quranda çəkilən insanların həyatından müfəssəl şəkildə nümunələr verəcəyik.

Gözəllik və Gənclik

Gözəllik də insanın nəfsinin üzə çıxmasına və onun təkəbbür göstərməsinə səbəb olan cəhətlərdən biridir. Bir çox insanlar dünyanın belə müvəqqəti və tez sıradan çıxa bilən bəzəklərinə aldanırlar. Halbuki gözəllik hər şeydən əvvəl insanın öz səyləri ilə əldə edə bilmədiyi, ona yalnız Allah tərəfindən verilən və hər an geri alınması da çox asan olan bir üstünlük və nemətdir.
Hamı bilir ki, gözəllik çox asanlıqla əldən çıxa bilər. Xalq arasında buna aid «Bir qığılcım da kifayətdir» deyimi var. İnsanın üzündə əmələ gələn bir yara, yanıq və ya bədənin bir əzasının itirilməsi gözəlliyin məhv olması üçün kifayətdir. Bu da cəmiyyətdə teztez rast gəldiyimiz bir haldır. Belə ki, heç bir insan özünü bu təhlükədən uzaq hesab edə və ya ondan sığortalana bilməz.
Insan həmin təhlükələrin hətta heç biri ilə rastlaşmasa belə gözəlliyin qaçılmaz və amansız bir düşməni var ki, o da qocalıqdır. Dünyanın ən gözəl insanı da bir gün yaşlaşıb qocalır və bir qədər sonra onun əvvəlki gözəlliyindən heç bir əlamət qalmır. Cəmiyyət tərəfindən tanınan məşhur insanlar bunun ən bariz nümunəsidir. Belə insanlar bir müddət xalq tərəfindən olduqca bəyənilən, heyranlıqla izlənilən, hamının idealı olan və onların yerində olması arzulanan insanlardır. Lakin müəyyən bir müddət keçdikdən sonra onlar da Allah`ın istəyi ilə qocalırlar, Allah`ın bu yazısına qarşı çıxa bilmir, qocalmağa əngəl olmağı bacarmır, yaşlaşmaqdan xilas ola bilmirlər. Onlar əllərində olan bütün sərvət və imkanlardan özlərini cavanlaşdırmaq üçün istifadə etsələr də bu səyləri ilə qaçılmaz bir yazını ən böyük ehtimalla 35 il gecikdirə bilərlər, bundan artıq heç nəyə nail ola bilməzlər.
Gözəllik və gənclikdən irəli gələn təkəbbürün mənasızlığını dərk etmək üçün gətirilən bu nümunələr diqqətçəkicidir. Lakin çox gözəl bir insanın ölümündən sonrakı ilk on gün ərzində düşəcəyi vəziyyətə diqqət yetirmək də çox faydalı olardı.
Insanın bədəni torpağın altına qoyulduqdan sonra sürətli şəkildə parçalanma mərhələsinə qədəm qoyur. Mikroblar fəaliyyətə başlayır, qarın boşluğunda toplanan qazlar cəsədi şişirdir və bədəni tanınmaz bir vəziyyətə salır. Qazın diafraqmaya göstərdiyi təzyiq nəticəsində ağızdan və burundan qanlı köpüklər gəlməyə başlayır. Hər xarici, həm də daxili orqanlarda çürümə başlayır və ətrafa dözülməz dərəcədə pis qoxular yayılır. Beyin tamamilə çürüyür. Sümüklər oynaqlardan tam ayrılır və insanın skeleti dağılmağa başlayır. Bu hal yalnız sümüklər qalana qədər davam edir.
Insan bütün bunları gözünün önünə gətirmək istəməsə də bu, hamının qarşılaşacağı qaçılmaz bir həqiqətdir. Əgər insan gözəlliyin yalnız ona aid olduğunu güman edirsə, ondan qalan həmin çürümüş bədəni də özünə aid etməlidir. Lakin dünyanın ən gözəl adamı da bütün bunlardan dəhşətli dərəcədə diksinəcək. Çünki o bu çürümüş cəsədlə özünü insanlara nümayiş etdirə və Rəbbimiz qarşısında təkəbbür göstərib lovğalana bilməyəcək.
Bura qədər söylədiklərimizdə təkəbbürü bir lovğalıq və yekəxanalıq kimi təqdim etdik. Təkəbbürün təsiri nəticəsində ortaya çıxan bir başqa cəhət də məyusluqdur. Bəzi insanlar iddia etdikləri gözəlliyə sahib ola bilmədiklərinə görə məyus olurlar. Əslində bu da elə təkəbbürün başqa bir əlamətidir. Çünki insan öz bədəninə sahib çıxır, gözəlliyinin mənbəyinin özü ilə bağlı olduğunu güman edir və ona verilməmiş bir cəhəti bir qüsur və çatışmazlıq sayır. Ən doğru hərəkət isə Allah`a iman gətirənlərin davranışlarıdır. Möminlər Allah`ın verdiyi bütün nemətlərdən razı qalır, öz cismani xüsusiyyətlərinə görə isə nə məyus olmur, nə də bu cəhətləri ilə lovğalanmırlar. Onlar öz bədənlərinin əsl sahibinin Allah olduğunu anlayıb dərk edir və bununla sınağa çəkildiklərini bilirlər. Onlardan ötrü ən mühüm məsələ insanın ruhu, insanın Allah`a olan səmimi yaxınlığıdır.
Gözəlliyin insana Allah tərəfindən verildiyini bilib Ona şükr etmək və təvazökar olmaq ən doğru davranışdır, əsl müsəlman əxlaqıdır. Belə ki, Allah malik olduğu nemətlər səbəbi ilə həddini aşmayan, təkəbbürlülük etməyən və hər şeyin sahibinin Allah olduğunu bilən insana Öz dərgahından bir rəhmət, sevimlilik və nur verər, beləliklə də o, cismani mənada gözəl sayılan bir çox insanlardan daha üstün cəhətlərlə nemətləndirilmiş olar.

Vəzifə, İctimai Mövqe və Nüfuz

«Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən» («İsra» surəsi, 37).
Cəmiyyətdə müəyyən bir mövqe sahibi olmaq və bunun verdiyi nüfuz və etibar dünya həyatının tələlərindən biridir. Buna görə də insanın özünü üstün hesab etməsi, təkəbbür göstərib lovğalanması son dərəcə boş və mənasız işdir. Çünki tarixdə güclü ictimai mövqe sahibi olub yüksələn və çox böyük qüvvəyə sahib olduqları halda onların hamısını bir anda itirən insanlar çox olmuşdur. Bütün insanlar belə nümunələrə şahiddir. Bunları gördükləri halda tutduqları mövqeyə, vəzifəyə və ya sənətlərinə görə təkəbbür göstərib lovğalanan insanlar özləri də bilmədən ağılsız bir vəziyyətə düşürlər. Çünki mövqe və ya nüfuz bu dünyada əldə edilən, bu dünyada qalacaq və üstəlik də yalnız müəyyən insanlar tərəfindən təqdir edilən xüsusiyyətlərdir. Məsələn, varlı bir insan yalnız onun ətrafında işləyənlərin yanında etibar qazana bilər. Yaxud da bir dövlət adamı yalnız öz ölkəsinin insanları tərəfindən yüksək qiymətləndirilə bilər. Bu insan əgər məşhur bir sənət adamıdırsa, o, yalnız əyləndirdiyi insanları razı sala bilər. Hətta bir adamın bütün dünyanın insanları tərəfindən təqdir edilib sevildiyini fərz etsək də vəziyyət yenə dəyişməyəcək. Çünki onu təqdir edən insanlar nəticə etibarilə adi insanlardır və həmin hal da qİsamüddətli olub bir gün bitəcək.
Dünyada əsla dəyişməyəcək yeganə həqiqət isə budur: bir insan istər yüksək ictimai mövqe sahibi olsun, istərsə də adi adam, istər şah olsun, istərsə də çoban, fərq etməz, o da öləndən sonra bütün insanlar kimi torpağın altına gedəcək. Dünyada əldə etdiklərinin ona heç bir faydası olmayacaq, yəni məzarda sadəcə olaraq öz sümükləri ilə başbaşa qalacaq. Belə bir halda heç kimin vəzifəsinə, sənətinə, qüvvəsinə və ya gözəlliyinə baxılmayacaq, yalnız onun bu dünyada Allah`ın istədiyi şəkildə yaşayıbyaşamaması haqqında soruşulacaq. Hər bir insanın əbədi həyatındakı mövzu da bu dünyadakı davranışları, Rəbbinə qəlbən bağlı olubolmaması haqqında olacaq. Bu insanlardan və onların axirətdəki vəziyyətindən Quranda belə bəhs olunur:
«Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi şəxsləri boşla getsinlər. Onlara xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Onun Allah`dan başqa heç bir dostu və havadarı yoxdur! O hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar etdikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su və şiddətli əzab gözləyir!» («Ənam» surəsi, 70).
Eləcə də tutduğu mövqeyə və vəzifəyə görə təkəbbür göstərib lovğalananlar, bütün bunları digər insanlar qarşısında bir üstünlük kimi görənlər bunun ağrıacısını daha çox özləri çəkəcəklər. Çünki həmin məntiqlə baxdığımız zaman hamıdan daha üstün və daha yüksək mövqedə olan bir nəfər mütləq var. Əllərində olanlarla öyünən bu insanlar məqam və nüfuz baxımından onlardan bir pillə yüksəkdə dayanan adamların yanında əzilib alçalırlar. Bu da onları utandıran bir davranış tərzidir.
Bu mövzunun başqa bir tərəfi isə bu təkəbbürlü xarakterin dünyada həmin insana heç nə verməməsidir. Belə insanlar öz yaxın ətrafları tərəfindən nə qədər yüksəldilsələr də onlar əslində sevilməyən və yaxınlarının arzulamadığı insanlardır. Təvazökar insanlar isə ruhun, ağlın və əxlaqın daha mühüm şərt olduğunu anlayırlar. Onlar belə cəhətləri hətta gündəmə də gətirməzlər. Təvazökar olduqlarına görə də insanların gözündə ucalır, daha çox sevilir və sayılırlar.

Zəka, Mədəniyyət və Təhsil Səviyyəsi

Təkəbbürün ən başlıca səbəblərindən biri olan pul, gözəllik və mövqedən başqa insanların yüksək nəzərlərlə baxdıqları, böyük əhəmiyyət verib qürur məsələsinə çevirdikləri başqa mövzular da var. Məsələn, bitirilən və ya təhsil alınan məktəbin adı və xüsusiyyətləri bir çoxlarından ötrü çox mühüm etimad və nüfuz qazanmaq mənbəyidir. Həmin məktəb ələlxüsus da ödənişli və yaxud imtahanla qəbul edilən bir məktəbdirsə, insanlar bunu teztez dilə gətirib öz aralarında bununla öyünürlər. Lakin başqa məsələlər kimi bu məsələ də Allah`ın onlar üçün qoyduğu müəyyən yola əsasən həyata keçir. Buna görə lovğalanmaq əslində haqsız yerə təkəbbür göstərmək deməkdir. Çünki axirətdə heç kimdən bitirdiyi məktəb, mədəniyyət səviyyəsi, ağıl səviyyəsi haqqında soruşmayacaqlar (təbii ki, insanların bu məsələ ilə bağlı özlərini inkişaf etdirməsi çox vacibdir, lakin onların bunu edərkən özlərini öyüb ucaltması səhv hərəkətdir). İnsanlar öz Rəbbinin qarşısına çıxdıqları zaman yalnız Ona olan səmimi münasibəti, qəlblərindəki təqvaları (Allah qorxusu), göstərdikləri təvazökarlıq və yerinə yetirdikləri ibadətləri haqqında sorğusuala tutulacaqlar.
Yalnız dünya həyatının müvəqqəti nemətlərini əldə etməyi özlərinə məqsəd sayan bu insanlar kiçik və böyük olmasından asılı olmayaraq malik olduqları bütün xüsusiyyətlərə əsasən təkəbbür göstərib lovğalanırlar. Xüsusən də mədəniyyət sahəsində bir bilik sahibi olmaq, özünə görə çox mühüm biliklər əldə etmək təkəbbürlü insanların əsas xüsusiyyətlərindəndir. Səthi düşüncənin xüsusiyyətləri yenə də bu məqamda ortaya çıxır. Çünki bir insan biologiya sahəsində dünyanın ən savadlı professoru ola və ya bu günə qədər dünyaya gəlibgetmiş insanlar arasında fizika sahəsində ən düzgün nəzəriyyələri irəli sürə bilər. Lakin onun qulaqardına vurmamalı olduğu bir məsələ var. Belə ki, o, hətta bütün biliklərindən istifadə etsə belə fizikanın bircə qanununu da dəyişdirə və yaxud bircə hüceyrəni də yarada bilməz.
Bura qədər sadalanan müəyyən məsələlərdən başqa kiçik məsələlərin felinə uyub təkəbbürə qapılan və üstünlük iddiasında olan insanlar da var. Məsələn, saçlarının xüsusiyyəti, boyunun uzunluğu, avtomobili, geyimi, kompüteri yaxşı bilməsi, gözəl səsə malik olması, vəzifəli dostlarının olması kimi primitiv mövzular bir çoxlarından ötrü təkəbbür göstərib lovğalanmağa səbəb olur. Lakin ağıllı insanlar bu tipli davranışların nə dərəcədə bəsit və mənasız olduğunu yaxşı anlayırlar.
Ağıllı insanlar olaraq öz həyatlarını təvazökarlıq üzərində quran peyğəmbərlər və möminlər bizlərdən ötrü ən gözəl nümunələrdir. Məsələn, Hz.Süleyman çox zəngin və güclü idi, lakin o bu imkanlarından yalnız Allah`ın razılığını qazana bilmək üçün istifadə etmişdi. Eyni zamanda Hz.Zülqərneyn də qövmlər üzərindəki hakimiyyətini Allah`ın dininə xidmət etmək üçün bir vasitə sayırdı. Hz.Davud isə əldə etdiyi mövqedə durarkən Allah`ın rizasına uyğun davranmağa və ədalətli olmağa xüsusi diqqət yetirmişdi.
Bu üstün insanlarla yanaşı Peyğəmbərimizin (s.ə.v.) yanında olan səhabələrin həyatı da müsəlmanlar üçün gözəl bir örnəkdir. Onların bir çoxu öz qövmünün yüksək, zəngin və mədəni təbəqəsinə məxsus ailələrin üzvləri olduqları halda Allah`ın dininə uyğun yaşamaqla ictimai mövqe, vardövlət və ətrafdakı insanlar arasında seçim etmək lazım gəldikdə hamısı düşünmədən Allah`ı və Onun Rəsulunu (s.ə.v.) seçmişdi. Çünki onlar dünya həyatının vacib olmadığını, axirətin mühüm olduğunu bilirdilər. Onlar Allah`ı razı salmaq məqsədilə Peyğəmbərimizin (s.ə.v.) cərgəsində yer aldılar, lazım gələndə hicrət etdilər, maldövlətlərinə və sərvətlərinə, mövqe və nüfuzlarına əhəmiyyət vermədilər, bütün həyatlarını dinə xidmət etməyə sərf etdilər.
Allah`ın razı olduğu yol hamıya məlumdur. Vardövlət, pul, gözəllik, zəka, nüfuz, gənclik və s. bu kimi bəzi xüsusiyyətlərə malik olan insanlar bilməlidirlər ki, bütün bunlar onlara Allah tərəfindən verilib və onlar bu nemətlərlə sadəcə olaraq imtahana çəkilirlər. Axirətdə də bunların hər birinə görə birbir imtahana çəkiləcəklər. Bunları dərk etməyib Allah qarşısında təkəbbür göstərən insanların mənəvi aləmindən bəhs edən bir ayə aşağıdakı kimidir:
«Məgər insan heç kəsin ona gücü çatmayacağını zənn edir? Və: «Mən xeyli maldövlət sərf etmişəm!» deyir? Məgər o heç kəsin onu görmədiyini güman edir?» («Bələd» surəsi, 57).
Bunu oxuyarkən seçiləcək ən doğru yol insanın bütün bunları öz üzərində hiss edərək düşünməsidir. Çünki nəfs təkəbbür göstərib lovğalanmağa çox meyllidir və özünə bununla bağlı çox asanlıqla mövzu tapır. Nəfs üçün ağıl, mədəniyyət, sənət, ev, avtomobil, təhsil, cismani gözəllik və ya təkəbbür doğura biləcək bu kimi çox amillər var. Onların da hər birini öz içində təsnifləşdirmək mümkündür. Ən əsas məsələ Allah`ın «dünyanın müvəqqəti bəzəyi» adlandırdığı bu şeylərin heç birinə qapılmamaqdır. Yaddan çıxarılmamalı olan mühüm məsələlərdən biri də odur ki, təkəbbür və lovğalıq insanı həm bu dünyada, həm də axirətdə başıaşağı edir.

Təkəbbürün Insanin Ruhuna Təsirləri

Təkəbbürün Insanin Ruhuna Təsirləri

Təkəbbürlü insanlar həm öz hərislikləri, həm də adsan, nüfuz, şanşöhrət ardınca qaçmaları ilə diqqət çəkirlər. Onlar düşdükləri şəraitdə həmişə ən üstün, ən fərqli, ən qüvvətli, ən diqqətçəkici insan olmaq istəyirlər. Məsələn, onlar gözəllikləri, vardövlətləri, malmülkləri, ağılları və ya mövqeləri kimi təkəbbür doğuran xüsusiyyətlərinə çox güvənirlər. Həmçinin əllərindəkiləri əbədi olaraq itirməyəcəklərini güman edirlər. Öz ağıllarına və cəfəng məntiqlərinə heç bir şübhələri olmur. İnsanların bir çoxu onlardakı bu böyük qüsurları gördüyü halda özləri bunu görməyərək ideal olduqlarını zənn edirlər. Belə ki, bu təkəbbürlü insanlar əslində düçar olduqları düşüncə və qavrayış çatışmazlığı ilə yanaşı hətta fərqinə belə vara bilmədikləri daha bir acizlik içindədirlər. Allah belə insanların düşüncələrində olan qüsuru və əqli çatışmazlıqlarını Quranda belə ifadə etmişdir:
«Onların içərisində səni dinləyənlər də vardır. Ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə biləcəksən?! Onların içərisində sənə baxanlar da vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!» («Yunus» surəsi, 4243).
Bu insanları təkəbbür göstərməyə sövq edən məsələ onların malik olduğu xüsusiyyətlərə görə müxtəlif olsa da təkəbbürlü insanların ruhi vəziyyətinin və mənəvi durumunun bəzi ortaq məqamları var. Bu məqamlar da öz içində təfsilatı ilə incələnib təsnif edilə bilər. Lakin burada onları bir neçə başlıq altında toplamaq daha faydalı olardı.

Xəstə və nizamsız bir ruhi vəziyyətə malikdirlər

Normal insanlarda özünü açıq büruzə verən səmimi, şən bir ovqat olduğu halda təkəbbürlü insanların mənəviyyatında və ruhi vəziyyətlərində böyük çatışmazlıqlar, qaranlıqlar və nizamsızlıq olur. Lovğalıq və aldanış içində olan bu insanların daxili aləmi stress və qorxu ilə, beyinləri isə xırda və əhəmiyyətsiz məsələlərlə doludur və onların şüuru zülmət qaranlıq bir dünyadır. Belə bir hal insanı üzür, tez qocaldır və onun ruhi sağlamlığını da pozur.
Mənəvi baxımdan başqalarından zəif olan bu insanlar soyuq təbiətli və nadan olurlar. Demək olar ki, belə insanlardan gözəl bir mimika, sevgi əlaməti, təqdirəlayiq nəsə gözləmək və yaxud müsbət əməllərə sövq edən bir söz eşitmək qeyrimümkündür. Onların olduğu yerdə gülmək, əylənmək çox çətindir. Xüsusən də kişilər arasında ani hücumlar, kobudluq, aqressivlik, barıt kimi tez partlamaq əlamətləri geniş yayılıb. Qadınlarda isə təkəbbür özünü narahatlıq və gərginlik kimi xüsusiyyətlərin timsalında büruzə verir. Buna görə də onların içində olduqları mühit daim gərgin olur, hətta ən kiçik bir məsələni də bəhanə edərək onu şişirdir, necə deyərlər, «qaşınmayan yerdən qan çıxarırlar».

Ən çox qorxduqları şey səhv etməkdir

Beyinləri lovğalıq və təkəbbürlə dolu olan insanların bütün hərəkət və düşüncələri insanların gözündə bir dəyər və hörmət qazanıb üstün olmağa xidmət edir. Buna görə də belə adamlar səhv etməkdən çox qorxurlar. Çünki səhv etdikləri zaman insanların gözündən düşəcəklərini, onların etibarını itirəcəklərini düşünürlər. Özlərinə qeyriadi bir tərzdə arxayındırlar, lakin bu arxayınçılıqları ilə yanaşı səhv addım atma ehtimallarının narahatlığını daim hiss edirlər. Özlərini hər bir səhv hərəkətdən uzaq tutmağa çalışır, heç bir səhvi özlərinə yaraşdırmır və xətalarını qəbul etmirlər. Onlar əsla səhv etməyəcəklərini fikirləşirlər. Özlərini hər bir məsələdə daim təmizə çıxarmağa çalışırlar. Ayələrdən birində belə insanlar haqqında belə bildirilir:
«Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr, Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!» («Nİsa» surəsi, 49).
Başqa tərəfdən, həmin insanlarla eyni xarakterə malik olan digər insanlar da onların yanında səhv etməkdən çəkinirlər. Çünki onlar başqalarının səhvlərini çox şişirdir və bunu teztez dilə gətirirlər. Səhv edən adamlara qarşı amansız olur, onları lağa qoyur və təhqir edib alçaldırlar. Çünki o biri insanların səhvləri üzə çıxarılıb yayıldıqca özlərinin haqlı yaxud səhvsiz insan olmalarını ortaya qoymaq asanlaşır. Belə təkəbbürlü və lovğa adamların bu hərəkətlərinə görə də heç kim onların yanında özünü rahat hiss etmir, hər kəs onlarla birlikdə olmaqdan bir sıxıntı və narahatlıq duyur. Belə insanlar öz ətraflarına daim mənfi enerji verirlər.
Təkəbbürlü və lovğa insanlar özlərinin haqqında danışılan bu hərəkətlərinə görə səmimiyyətin nə olduğunu heç vaxt bilə bilməzlər. İnsanlardan hər zaman uzaq olduqlarına və qeyrisəmimi davrandıqlarına görə bu zövqdən məhrum olurlar. Bu səbəbdən də həm özləri başqalarına qarşı səmimiyyət göstərə bilmirlər, həm də başqaları onlarla səmimi davranmır. Çünki bu normal adamlar öz səmimi hərəkətləri, səhvləri, təbii qüsurları, zövq və ya əyləncələri ilə lovğa və təkəbbürlü adamlar tərəfindən hər an lağa qoyulmaqdan qorxurlar. Belə ki, lovğa adamların bu mənfi hərəkətləri və pis əxlaqı onların əllərindəki qüvvəni və ya sərvəti itirdikləri zaman tək qalmasına səbəb olur. Lakin bu da yaddan çıxarılmamalıdır ki, onlar özlərini hətta ən yüksək hesab etdikləri zamanlarda belə Quran əxlaqından uzaq olan xüsusiyyətlərinə görə mənəvi baxımdan təkdirlər.

Tənqidə dözə bilmirlər

Tənqid edilmək təkəbbürlü və lovğa insanların böyük narahatlığına və qəzəbinə səbəb olur. Onlar tənqid edildikdə və ya səhvləri üzlərinə deyildikdə əl və üz əzələləri gərilir, sifətləri donuqlaşır. Onlar nüfuzlarını itirməyi sanki «dünyanın başlarına uçması» kimi qəbul edirlər. Özləri başqalarının səhvlərini ələ saldıqlarına və onları lovğalovğa tənqid etdiklərinə görə başqalarının da onlara eyni gözlə baxacağını, onları ələ salıb alçaldacağını güman edirlər. Bir məsələdə tənqid edildikləri zaman və ya onlara öyüdnəsihət veriləndə hamının qarşısında alçaldıqlarına inanırlar. Belə ki, bu ruhi vəziyyət də onların yalnız mənəvi cəhətdən deyil, cismani baxımdan təsirlənmələrinə səbəb olur. Mimikalarının təbiiliyi aradan qalxır, səs tonlarında enibqalxmalar müşahidə olunur, adi halda onlarda rastlanmayan davranışlar ortaya çıxır, beləliklə də maddi və ya mənəvi baxımdan böyük sıxıntı və əzginlik vəziyyətinə düşürlər. Onlar belə bir vəziyyətdə rahatlığı, sakitliyi heç zaman əldə edə bilməzlər.
Lovğa adamlar həyata hər şeydən əvvəl «ən gözəl», «ən ağıllı», «ən üstün», «ən keyfiyyətli» olmaq iddiası ilə başlamışlar. Bu da onları daim sıxıntıya salan, gərginlik içində saxlayan bir məsələdir. Özlərini bu qədər üstün və qüsursuz hesab etdiklərinə (daha doğrusu, göstərməyə çalışdıqlarına) görə təbii şəkildə hətta ən kiçik bir xatırlatma və ya məsləhət də onları əsəbiləşdirir. Lakin Allah`dan qorxmayan və öz nəfslərini tanrılaşdıran bu insanlar bir şeyi unudurlar. Ola bilsin ki, onlar özlərini başqa insanlar qarşısında səhvsiz, ideal göstərməyə çalışsınlar. Bu zaman bəzən istədiklərinə çata da bilərlər, yəni ətrafında olan bir çox insanlar onların həqiqi mənada qüsursuz olduğunu düşünə bilər. Lakin kiçik və ya böyük olmasından asılı olmayaraq etdikləri bütün səhvlər axirət günü birbir onların qarşısına çıxacaqdır. Çünki «Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!» («Bəqərə» surəsi, 77) ayəsində də ifadə edildiyi kimi, üstün qüdrət sahibi olan Allah belə adamların nəfsləri ilə bağlı olan hər bir xırda şeyi də bilir. Onlar isə insanları aldatmağa çalışdıqları halda özləri olduqca axmaq bir vəziyyətə düşmüş, Yaradanı və hesab verəcəkləri günü yaddan çıxararaq yalnız özlərini aldatmışlar.

Ən çox xoşladıqları şey başqaları tərəfindən təriflənməkdir

Təkəbbürlü və lovğa insanın ruhi vəziyyəti onun həyata baxışlarından və danışıq tərzindən asanlıqla aydın olur. Belə insanlar özlərini ya hədsiz dərəcədə öyür, ya da başqaları tərəfindən təriflənmələri üçün şərait yaradırlar. Digər tərəfdən isə belə adamların qəlbində başqa insanlara qarşı onların üstün xüsusiyyətlərinə görə bir kin və qəzəb olur. Bu da onların baxışlarından aydın olur. Belə insanların üzərinə lovğalıq və təkəbbürdən irəli gələn bir ağırlıq çökmüşdür. Onlar ümumiyyətlə hər bir şəraitdə, hər bir məsələdə yalnız özlərini düşünərək xüsusən də başqa insanlardan «ağır» davranmağa, fərqlənməyə çalışırlar. Xoşladıqları yeganə şey yalnız özlərini öymək, başqaları tərəfindən təriflənmək və ön plana çıxmaqdır.

Təkəbbür sevməyin və sevilməyin qarşısında bir maneədir

Belə insanlar ən çox özlərini sevir, buna görə də həqiqi sevgini əsla yaşaya bilmirlər. Belə adamlar ən çoxu müəyyən bir həddə qədər sevgini təqlid edə bilirlər. Başqalarını sevmək onlara ar gəlir, hər zaman sevilən kəs və maraq dairəsində qalan adam olmaq istəyirlər. Sevməyi və ya sevgi göstərməyi bir növ zəiflik kimi qiymətləndirirlər.
Bu adamların sevmək kimi qabiliyyətləri onların içindəki təkəbbürə görə hələ inkişaf etməmişdir. Çünki birini sevə bilmək üçün həmin insanda hər şeydən əvvəl müsbət cəhətləri görə bilmək lazımdır. Lakin lovğa və təkəbbürlü insanlar bunları görmək istəmirlər. Çünki onların gözündə həmişə ən üstün olan insan elə məhz özləridir. Bu səbəbdən də başqalarının sahib olduğu gözəlliyə, ağıla, əxlaqa və ya vardövlətə qısqanclıqla yanaşır, onların sahib olduqlarına həsəd aparırlar. Bu həsəd hissi bəzən elə bir həddə çatır ki, həmin insanların bütün müsbət və gözəl xüsusiyyətlərini itirməsini arzulayırlar.
Lovğa adamların sevgi hissini duya bilməməsinin başqa bir səbəbi isə onların qarşı tərəfin sahib olduğu müsbət cəhətləri görə bilməmələridir. Üstəlik onlar bu cəhətləri görsələr də onu dilə gətirməkdən çəkinirlər. Əgər olduqları şəraitdə özlərindən daha üstün xüsusiyyətlərə malik olan insanlar varsa, dərhal oradan uzaqlaşmaq istəyirlər. İçlərində gəzdirdikləri həsəd və qısqanclıq səbəbi ilə başqa insanlarla anlaşa və yola gedə bilmirlər.
Belə bir davranış sərgiləyən təkəbbürlü insanlar əslində çox böyük səhvlərə yol verirlər. Allah`ın insanlara verdiyi mühüm nemət olan sevgini beləcə əllərindən qaçırır və əsl sevgini bütün həyatları boyunca hiss etmirlər. Belə insanlar sevməyi bacarmadıqları kimi hətta ağıllı və gözəl olsalar belə heç kim tərəfindən həqiqi mənada sevilə bilməzlər. Ola bilər ki, onların yanında özlərinin müəyyən şəxsi mənfəətlərini əsas götürən insanlar olsun. İnsanların əksəriyyəti isə belələrini öz aralarında hətta görmək də istəməz. Çünki onların xarakterində və xüsusiyyətlərində insanları özlərindən diksindirib uzaqlaşdıran cəhətlər var. Əlbəttə, lovğa və təkəbbürlü adamların imkanları nə qədər geniş və böyük olursaolsun, fərqi yoxdur, sevgi, yaxınlıq, səmimiyyət və təvazökarlıq olmayan yerdə hamının belələrindən qaçıb uzaqlaşması təbiidir.

Heç nədən zövq almırlar

Təkəbbürlü və lovğa insan normal şəkildə əylənməyi də bacarmır. Hamı tərəfindən bəyənilən, insanlarda sevincə və könül xoşluğuna səbəb olan hadisə və məkanlar onun üçün tamamilə başqa bir məna ifadə edir. Onlar belə şəraitdə başqalarında mənfi cəhətlər axtardıqları halda digər bir tərəfdən də özlərinin «ideal» olmalarını nümayiş etdirməyə çalışırlar. «Ağır hərəkət etməyi» və fərqlənməyi üstünlük, əylənməyi isə bəsitlik kimi qiymətləndirirlər.
Lakin nəticədə bunun acısını özləri çəkirlər. Onlar əylənmək, sevinmək, mənəvi rahatlıq, şadlanmaq kimi nemətlərin dadını bilmir və daim öz qaranlıq dünyalarında yaşayırlar. Çox maraqlıdır ki, belə adamlar düşdükləri sıxıntılı vəziyyətin səbəbini də heç cür dərk edə bilmirlər. Çünki belələri öz aləmlərində bir çox üstünlüklərə malikdirlər. Lakin daxillərində olan bu qüssədən, sıxıntıdan və narahatlıqdan heç bir vəchlə xilas ola bilmirlər. Belə ki, bu da Allah`a qarşı təkəbbür göstərən insanların düşüncə və anlayışlarının qapalı olduğunu göstərən dəlillərdən biridir. Çünki onların qəlblərinə bu sıxıntını verən qüvvə Onun qarşısındakı acizliklərini unutduqları və bununla da böyük bir aldanış içinə düşdükləri Rəbbimizdir.
Quranın «Ona: «Allah`dan qorx!» deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!» («Bəqərə» surəsi, 206) ayəsində təkəbbürlü insanların necə lovğalanmasından bəhs edilir. Allah da həmin «böyüklük iddiasının və təkəbbürün» və Onu «unutmalarının» müqabilində onlara daimi sıxıntı, narahatlıq və mənəvi əzabla dolu bir ruhi vəziyyət və mənfi cəhətlər vermişdir. Bu həqiqət bir ayədə belə ifadə olunur:
«Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!» («Ənam» surəsi, 125).
Əlbəttə, bütün bu xüsusiyyətlər insana bu dünyada verilmiş bəlalardır. Belə insanların axirətdə görəcəyi əzab isə daha böyük olacaq.

Təkəbbürün Insan Orqanizminə Mənfi Təsirləri

Təkəbbürün Insan Orqanizminə Mənfi Təsirləri

Təkəbbür insanın ətraf aləmə qarşı daim quru və laqeyd davranmasına səbəb olduğuna görə bir müddət sonra onda böyük bir narahatlıq və stress əmələ gətirir. Səhv etmək, tənqid olunmaq, alçalmaq, nüfuzunu itirmək, önə çıxmaq, üstün olmaq, baxıb lovğalandığı şeylərini itirmək kimi qayğılar insanı çox yorur, ondan daim diqqətli olmağı tələb edir. Bu da stress və narahatlığın meydana çıxması üçün ideal şərait yaradır. Buna görə də təkəbbürlü insanın üzünün ifadəsi və ruhi vəziyyəti təvəkkül (Allah`a qəlbən güvənən) sahibi olan təvazökar insanın analoji vəziyyətindən çox fərqlənir.
Təkəbbürlü insanlar stress və narahatlıq içində keçirdikləri həyatları ilə ətraflarına verdikləri zərərdən daha artığını öz orqanizmlərinə verirlər. Lakin onların əksəriyyəti bunun fərqinə vara bilmir. Onlar öz yaxın ətraflarına hər zaman ən yaxşı və ən üstün görünmək istədiklərinə görə beyinlərində böyük bir gərginlik var. Bunun əlamətlərini onların bütün orqanizmində görmək mümkündür.
Lovğa və təkəbbürlü adamların daxili gərginliyi, stressi və narahatçılığı onların vücudunda müxtəlif təsir və əlamətlərlə ortaya çıxır. Məsələn, belə adamların saçları gec uzanır, cod və cansız olur. Dəriləri təravətini itirmiş kimi görünür, quru və yaşlı insanın dərisini xatırladır. Qocalığın və yaşlılığın əlamətləri özünü çox tez büruzə verir. Dərilərində ani surətdə qırışlar yarana bilir. Ağızlarında quruluq olur. Zahiri cəhətdən çox gözəgəlimli insanlar olsalar da diqqət yetirildiyi zaman vücudlarında mənfi bir təsir dərhal gözə çarpır. Gözlərinin canlılığı itir, baxışları donuq görünüş alır. Üz əzələlərinin yığıldığı və təbii olmadığı çox asanlıqla sezilir. Qadınların dərilərində təkəbbürün təsiri ilə anlaşılmaz bir şəkildə kişiləşmə əlamətləri ortaya çıxır, onların dərisi qalınlaşır, tüklənir, damarları çıxır, əllərində olan sümüklər aydın görünür, həmçinin dərilərində saralma halları olur.
Təkəbbürlü və lovğa insan fiziki baxımdan nə qədər gözəl və gözəgəlimli olsa da onun təkəbbürdən və ağılsızlıqdan irəli gələn cismani qüsurları dərhal nəzərə çarpır. Lakin bununla yanaşı səmimi və təvazökar bir mömin,o, hətta orta gözəllikdə də olsa,gözə imanın təsiri ilə daha xoş və şirin gələ bilər.
Başqa bir tərəfdən isə təkəbbürlü və lovğa insanlarda diqqəti onların danışıq qüsurları cəlb edir. Belə adamlar rahat, rəvan, səlis və səmimi danışa bilmirlər. Belə insanlar yalnız öz ağıllarını bəyəndiklərinə görə onların məntiqi çox nizamsız və anlaşılmaz olur. Onlar səmimi və hikmətli danışmaq əvəzinə öz qüsurlarını örtə biləcək şəkildə gəlişigözəl sözlər deyir, səhvlərinin ortaya çıxmasının qarşısını almaq və yaxud da insanların etimadını qazanmaq məqsədilə danışırlar. Buna görə də qurduqları hər bir cümlə həm ağılsız olur, həm də onun doğru olmaması dərhal üzə çıxır. Xüsusən də nəfsləri sıxıldığı zaman, yəni səhvləri ortaya çıxanda və ya xoşlamadıqları bir şey xatırlananda bütün bu xüsusiyyətlər özünü daha aydın büruzə verir.
Təkəbbürün insanın zahiri və ya fiziki görünüşünə göstərdiyi bu mənfi təsirlər onların daxili orqanlarında da mühüm zədələrə səbəb olur. Təkəbbürdən irəli gələn böyük narahatlıq və stress öz təsirini eynilə içki, siqaret kimi yavaşyavaş göstərir, lakin son nəticədə mühüm problemlərə səbəb olur. Mütəxəssislər tərəfindən də isbat edildiyinə görə, stressin bir çox xəstəliklərə səbəb olması hamıya məlum olan bir həqiqətdir. Stressin ən çox müşahidə edilən nəticələri mədə ağrıları, qastrit, həzm pozuntularıdır. Başqa daxili orqanlarda da bu və ya bir çox başqa mənfi nəticələr meydana gəlir.
Yaddan çıxarmaq olmaz ki, haqqında bəhs olunan bütün bu təsirlər onlar yalnız diqqətlə müşahidə edilib qiymətləndirildiyi zaman görünür. Həmin əlamətləri daşıyan insanlardan soruşulsa, onlar bunu rədd edər və ya başqa izahatlar verə bilərlər. Lakin təkəbbürlü və lovğa bir insanla Allah`a təslim olmuş səmimi bir mömin müqayisə edildiyi zaman onların aralarındakı bu fiziki və mənəvi fərqlər dərhal gözə çarpar. Bu fərqlər xüsusən də yaş artdıqca daha qabarıq və inkaredilməz bir şəkil alır. Təkəbbürlü və lovğa insan bu halda ən böyük zərəri elə özünə vurmuş olur. Belə adamlar həm mənəviruhi, həm də cismani baxımdan zədə alırlar. Halbuki möminlər yalnız Allah`a təslim olub yalnız Ona güvənməyin və alın yazısına inamın insanda doğurduğu ruhi halla olduqca rahat, sevincli, şadxürrəm, dinc həyat tərzi keçirirlər. Əlbəttə ki, yaşlaşma əlamətləri onlarda da görünür. Lakin bu əlamətlər təkəbbürdən qaynaqlanan stressin, ruhi sıxıntı və gərginliyin təsiri ilə meydana gələn əlamətlərdən çox fərqlənir. Beləliklə, möminlər həm bu dünyada rahatlıq içində yaşayır və çox şey qazanmış olur, həm də axirətdə...

Gizli Təkəbbür

Gizli Təkəbbür

Təkəbbürün, yəni özünü üstün hesab etmənin başqa bir növü də gizli təkəbbürdür. Gizli təkəbbürə malik olan insanlar davranış baxımından klassik təkəbbürlü insanlardan fərqlənirlər. Onların arasında olan ən böyük fərq təkəbbürlü insanın kənardan çox asanlıqla bilinməsi, gizli təkəbbürə malik olanların isə kənardan uzun müddət tanınmamasıdır.
Təkəbbürlü insanlar öz lovğalıq və təkəbbürünü büruzə verməkdən, özlərini açıq şəkildə böyük göstərməkdən çəkinmirlər. Digərləri isə öz təkəbbürünü gizləyir. Şeytani bir düşüncəyə malik olan bu insanlar öz təkəbbür və lovğalıqlarının nəzərə çarpmaması üçün böyük səylər göstərirlər. Əlbəttə ki, burada insanın ağlına belə suallar gəlir: Bu insanlar öz təkəbbürlərini niyə gizlədirlər? Nə üçün buna belə böyük səy göstərirlər?
Bunun müxtəlif səbəbləri var. Klassik təkəbbürlü insanlardan fərqli olaraq daha ağıllı olan bu insanlar əslində nəyin doğru, nəyinsə səhv olduğunu yaxşı bilirlər. Bu səbəblə də təkəbbürün və lovğalığın digər insanlarda mənfi hisslər doğuracağını və onları təbii şəkildə əsəbiləşdirəcəyini anlayırlar. Belələri insanların etibarını qazanmağa olduqca böyük əhəmiyyət verdiklərinə görə onların etibarını itirməmək məqsədilə öz təkəbbürlərini gizləməyə üstünlük verirlər. Təvazökar olmağın bir üstünlük, bir müsbət cəhət olduğunu bildiklərinə görə də elə görünməyə çalışırlar.
Həmin insanlar inanırlar ki, gizli şəkildə «ən ağıllı», «ən haqlı» adamlar elə onların özləridir. Onlar özlərini öz gözlərində demək olar ki, tanrılaşdırır, bu halda da hər hansı bir qüsuru və ya səhvi özlərinə sığışdıra bilmirlər. Bu səbəbdən də öz daxili aləmlərini ətrafdakılara, yəni başqa insanlara bildirməməyə çalışırlar. Buna görə də özlərini təkəbbürlü göstərmək istəmir, bundan çox utanırlar. Belə adamlar yalnız Allah`dan qorxmalı, yalnız Ondan çəkinməli olduqları halda sadəcə olaraq insanların etibarını itirməkdən qorxurlar.
Belə insanların ən çox xoşladığı şeylərdən biri də insanlara öz qəlblərində, gizli şəkildə, arxada lağ etməkdir. Onlar öz nəfslərini bu yolla təmin etmək istəyirlər. Hər zaman olduğu kimi bunun da kənardan sezilməməsinə diqqət yetirirlər.
Belə adamlar öz təkəbbürlərini olduqca şeytani bir şəkildə gizlədirlər. Burada ilk öncə bunu qeyd etmək lazımdır ki, belə insanlar düşdükləri mühitdə özləri barədə ən ideal insan təsəvvürü yaratmaq istəyirlər. İnsanların onları «təmiz qəlbli» adam kimi tanıması onlar üçün həyati əhəmiyyətli məsələlərdən biridir. Bu səbəblə də özlərini qüsursuz və günahsız göstərməyə çalışırlar. Beləliklə də insanların rəğbətini və sevgisini qazanmaq, ətrafdakılar tərəfindən qiymətləndirilmək və bəyənilmək, insanların gözündə ucalmaq, bunun sayəsində isə təkəbbürlərini gizligizli davam etdirmək istəyirlər.
Təkəbbürlü insanların özlərini daim öyməsi və ön plana çıxarmaq istəməsi ilə müqayisədə gizli təkəbbürə malik olan adamlar ola bilsin ki, özlərini bir o qədər də öyməsinlər. Onların planları daha incə, bir qədər də dəqiq desək, daha şeytanidir. Onlar əksər hallarda başqalarının onları tərifləyəcəkləri bir şərait yaradırlar.
Belə bir təkəbbür forması çox təhlükəli olub aysberqə bənzəyir (aysberqin görünən hissəsi suyun altında qalan hissəsi ilə müqayisədə çox kiçikdir). Klassik təkəbbürlü insanların davranışları asanlıqla seçildiyindən onlardan qorunmaq, tədbir görmək mümkündür. Lakin öz təkəbbürünü gizləyən adamlarla bağlı vəziyyət bundan çox fərqlənir. Onların təkəbbürü gec hiss olunur. Beləliklə də onlara nəsihət vermək, düşdükləri vəziyyəti başa salmaq daha çətindir.
Belə insanlar bu vəziyyətə adətən yaxşı bir vəzifə, mövqe və ya böyük bir səlahiyyət səbəbi ilə düşürlər. Daha doğrusu, onların içindəki təkəbbür və lovğalıq mərəzi adətən belə hallarda şiddətlənir. Onlar belə hesab edir ki, üstün olduqlarına görə həmin məsuliyyət və səlahiyyət onlara həvalə edilmişdir. Onlara bunun əksini inandırmaq çox çətindir. Xüsusən də əgər bu vəzifədə hər hansı bir uğur qazana bilsələr, onların içindəki bu təkəbbür bütün qəlblərini bürüyər.
Gizli təkəbbürün ortaya çıxdığı bir çox başqa sahələr də var. Məsələn, zahirən təvazökar görünən bir vəzifə sahibi həmin vəzifəsini itirdikdən sonra gözlənilməz dərəcədə dəyişir, özünə qapanıb qalır, ümidsiz, əzgin və durğun bir vəziyyətə düşür. Bax, bu, onun təkəbbürünün ən mühüm əlamətidir. Təvazökar bir insan vardövlət, malmülk, vəzifə kimi nemətlərin olması və ya itirilməsi hallarında öz tövrünü, davranışını, ovqatını və hərəkətlərini əsla dəyişməz. Çünki o, bunların hamısında bir xeyirin və hikmətin olduğunu bilir və hansı halda olursa olsun Allah`ın razılığını əldə etmək istəyir. Bu davranışın əksini göstərən bir insanın isə nüfuza, mövqeyə, vardövlətə böyük əhəmiyyət verməsi, beləliklə də lovğa bir adam olması həqiqəti sübuta yetir.
Təvazökar bir insan həddən artıq sadə və səmimi bir şəxsiyyətə malikdir, onun rahatlığını əlindən alacaq heç bir cəhəti yoxdur. Lakin bunu da xüsusi qeyd etmək lazımdır ki, hədsiz təvazökarlıq göstərmək də təkəbbürün və lovğalığın mühüm əlamətlərindən biri sayılır. Çünki öz daxilində gizli şəkildə təkəbbür saxlayan bir insan təvazökarlığın təqdir edildiyi şəraitlərdə qeyrisəmimi təvazökarlıq göstərərək insanların etibarını və rəğbətini qazanmaq, onlar tərəfindən təriflənmək istəyir.
Bir qədər əvvəl də qeyd edildiyi kimi, gizli təkəbbür gözlənilməz məqamlarda ortaya çıxdığına görə mühüm bir təhlükə yaradır. Ətrafdakı adamlar ilk dəfə üzüzə gəldikləri həmin təkəbbürlü insanın əsl siması qarşısında çaşqınlığa düşürlər. Məsələn, təkəbbürsüz və təvazökar bir adam kimi tanınan lovğa bir adam səhv etdiyi və yaxud da tənqid edildiyi bir anda çox əsəbiləşib öz hərəkətlərinə nəzarət etməyə bilər. Bunun səbəbi onun səhvinin başqa insanlar tərəfindən öyrənilməsidir, bu vəziyyət onu çox narahat edir. Onun təkəbbürünün həmin ana qədər ortaya çıxmamasının səbəbi isə şəxsi maraqları ilə ziddiyyət təşkil edən bir vəziyyətin yaranmamasıdır. Lakin indi insanların gözündə bütün etibar və nüfuzunun sarsıldığını düşünür və elə hərəkətlər edir ki, daxilindəki bütün təkəbbür və azğınlıqlar üzə çıxır.
Gizli təkəbbür özünü əxlaqi pozğunluqlarla da büruzə verir. İnsan öz qüsurlarının ortaya çıxmaması üçün yalan danışa və ya yüksəlmək üçün başqalarının qüsurlarını ortaya çıxarmağa çalışa bilər. Səhv etməkdən də möhkəm qorxar. Bir qüsuru üzə çıxdığı zaman özünü qınayaraq, məyus olaraq yaxud da ağlayaraq ona gələ biləcək mümkün təzyiqləri zərərsizləşdirməyə, beləliklə də özünü qorumağa çalışar.
Təkəbbürlü insanlar öz narazılıqlarını səssiz etiraz formalarına əl atmaqla, naz etməklə, küsməklə, ətrafında olan insanları acılamaqla ifadə edirlər. Bu səbəbdən də hər kəs bu əlamətləri gördüyü zaman sırf təkəbbür əlamətləri ilə üzüzə olduğunu anlaya bilər. Halbuki bu qeyd olunanların əksəriyyəti gizli təkəbbürdə yoxdur. Gizli təkəbbürə malik olan insanlar kənardan baxıldığı zaman şən, qıvraq, normal insanlar kimi görünürlər. Onların gündəlik həyatlarındakı davranışları da əsasən çox təbiidir. Hətta bəzən təvazökarlığı da çox yaxşı təqlid etdiklərinə görə ətrafdakı adamlar onlara inanırlar. Lakin belə insanların ən bariz xüsusiyyəti onların özlərini elə öz gözlərində çox böyütmələridir. Onlar öz sənətlərində, məktəblərində, içində olduqları mühitlərdə və ya məşğul olduqları sahələrdə «ən yaxşı» olduqlarına inanırlar. Bu hal onların şüuraltısına möhkəmcə yerimişdir. Yuxarıda da qeyd olunduğu kimi, kənardan buna əks təsir aldıqları zaman onların əsl xüsusiyyətləri üzə çıxır, buna ani olaraq reaksiya verir, əsəbiləşirlər. Haqlarının tapdalandığını düşünərək öz içlərində qarmaqarışıq bir ruhi vəziyyət şəraitində yaşayırlar. Bu da sözügedən insanların ağrılı yerlərinin və zəif nöqtələrinin olmasına işarədir. Onların bu «sarı simi»nə toxunulduğu anda təkəbbürləri üzə çıxır, ani olaraq divanəlik dərəcəsinə çatırlar.
Gizli təkəbbürə malik olan və özlərini daim təmizə çıxarmağa çalışan insanlar qəlblərində olan təkəbbürü və lovğalığı ola bilsin ki, bir müddət gizləyə bilsinlər, lakin Allah onların qəlbində olanları yaxşı bilir və onları mütləq üzə çıxarır. Belə ki, Quran ayələrində də bu məsələyə belə diqqət yetirilir:
«Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz!» («Nəhl» surəsi, 23).
Haqqında bəhs olunan hər iki qrupun, yəni açıq və gizli təkəbbür sahiblərinin mühüm ortaq xüsusiyyətlərindən biri də onların qaçılmaz olan aqibətidir: onların hər ikisinin sonu cəhənnəmdir. Açıq və gizli şəkildə olmasından asılı olmayaraq dünyada Rəbbimizə qarşı təkəbbür göstərənlərin hansı aqibətlə qarşılaşacaqları Quranın bir çox ayəsində bildirilmişdir. Bu ayələrdən biri aşağıdakı kimidir:
«Haydı, girin əbədi qalacağınız cəhənnəmin qapılarına. Təkəbbürlülərin məskəni necə də pisdir!» («Nəhl» surəsi, 29).

Quranda Verilən Təkəbbür Nümunələri

Quranda Verilən Təkəbbür Nümunələri

Təkəbbürlü İnsanların Başçısı Şeytandır

Şeytanın təkəbbür göstərməsi və buna görə də Allah`ın hüzurundan qovulması Quranda insanlara bir ibrət kimi göstərilir. Bu kitabın girişində də toxunduğumuz kimi, Allah Hz.Adəmi yaratmış və mələklərə ona səcdə etmələrini əmr etmişdi. Mələklər Allah`ın əmrini yerinə yetirdikləri zaman cinlərdən olan İblis Hz.Adəmə səcdə etməmişdi. O, özünün insandan üstün yaradıldığı iddiasını irəli sürmüş və itaətsizlik nümayiş etdirmişdi. Bu hərəkəti də onun Allah`ın hüzurundan qovulmasına səbəb olmuşdu.
Quranda şeytan haqqındakı hekayədə İblisin Allah`a qarşı çıxmasının səbəbi belə izah edilir:
«Allah: «Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?» deyə buyurdu. (İblis:) «Mən ondan daha yaxşıyam, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!» dedi» («Əraf» surəsi, 12).
İblis özünün daha üstün varlıq olması iddiasını irəli sürərək insana səcdə etməyi rədd edir. Lakin onun üsyan etməsinin əsasında dayanan arqument çox çürük və mənasızdır. O, özünün oddan, insanın isə palçıqdan yaradıldığını bildirir və odun palçığa nisbətən daha üstün bir maddə olması fikrini irəli sürür. Yəni onun təkəbbür göstərməsinin səbəbləri iki maddə arasında olan fiziki quruluş fərqinə söykənir. Lakin palçıqdan yaxud da oddan yaradılmalarından asılı olmayaraq həm İblis, həm də insan Allah tərəfindən yaradılmış varlıqlardır. Yaradılmış varlığın özünün yaradıldığı maddəni əsas götürməklə onu Yaradanın əmrinə qarşı çıxması həm böyük bir ağılsızlıq, həm də böyük bir nankorluqdur.
Bunlarla yanaşı İblisin özünü üstün hesab etdiyi məqam diqqətlə incələnəndə onun hətta zahirən də nə qədər yanıldığı, gümanının nə qədər səhv olduğu asanlıqla aydın olur. Od palçıqdan zahirən daha parıltılı və nəzərəçarpan ola bilər, lakin torpağın tərkibi bir çox mineral və maddələrlə zəngindir. Bütün qiymətli maddələr və daşlar torpağın tərkibindədir. Allah diləməsə, torpaq asanlıqla sıradan çıxmaz, yox olmaz, lakin od bir anda sönə bilər. Torpağın başqa bir üstün xüsusiyyəti də var. Belə ki, torpaq odun üzərinə atılanda onu söndürür.
Bütün bunları hələ bir kənara qoyaq, Allah`ın verdiyi hökmün çəkçevirə salınmasından, safçürük edilməsindən, onun müzakirəyə çıxarılmasından hansı səbəblə olursaolsun söhbət belə gedə bilməz. Lakin İblisin təkəbbürü onun ağıllı davranmamasına, bütün varlıqların tək və şəriksiz Yaradıcısı olan Uca Allah`ın yüksək qüdrətini dərk etməməsinə, Onu lazımınca təqdir edib qiymətləndirməməsinə səbəb olmuşdur. Bu ağılsızlığının bir nəticəsi kimi də sadə bir fiziki fərq onun aldanması üçün kifayət etmişdir. İblis Allah`ın hüzurunda olmasına, cənnətdəki gözəlliyi və cəhənnəmdəki əzabı bilməsinə baxmayaraq təkəbbüründən irəli gələn bu aldanışı onun öz Yaradanının əmrinə qarşı çıxmasına səbəb olmuşdur:
«Yadına sal ki, bir zaman mələklərə: «Adəmə səcdə edin!» deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etdilər. İblis: «Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!» demişdi» ("İsra» surəsi, 61).
Ayədəki son ifadə İblisin nə qədər təkəbbürlü olmasının göstəricisidir. Başqa birisinin yüksəldilməsi, özünün isə arxa planda qalması, hətta həmin o kimsəyə səcdə etməsinin ondan tələb olunması İblisin həmin ana qədər öz daxilində gizlətdiyi təkəbbür hissini üzə çıxardı. İblis belə bir halın ona verdiyi şüursuzluq içində də Allah`a qarşı çıxdı, Uca Yaradanı lazımınca təqdir edə bilmədi, Ona qarşı hörmətsiz davrandı (Allah`ı bunlardan uzaq tuturuq). Bu hərəkətinə görə Allah Quranda şeytana belə buyurur:
«Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?» («Səd» surəsi, 75)
Şeytanın özünü yüksəltmək üçün Allah`a qarşı qaldırdığı üsyan tərsinə çevrilərək onun elə öz başında çatladı. Allah şeytanın batil yoluna tabe olan bütün təkəbbürlü insanlara ibrət olsun deyə şeytanı alçaltdı və onu cənnətdən qovdu:
«Allah buyurdu: «Oradan rüsvay olmuş və qovulmuş halda çıx. Onlardan hər kim sənə uysa, əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!» («Əraf» surəsi, 18).
Ayələrdən də gördüyümüz kimi, şeytanın ən böyük ağılsızlığı onun öz məntiqsizliyi ilə şərhlər verməsi və bunları həqiqət kimi qəbul etməsidir. Belə bir məntiqsizlik şeytanın felinə uyan və içində «şeytani təkəbbür» daşıyan hər bir insanda rast gəldiyimiz başlıca cəhətlərdən biridir. Təkəbbürün insanı nə dərəcədə kor etməsi şeytanın və ona tabe olanların onları yaradan sonsuz qüdrət sahibi Allah`a qarşı üsyan etmələrindən də aydın şəkildə görünür. Bütün hadisələri yalnız bir nöqteyinəzərdən, öz mənfəəti və razılığı çərçivəsində qiymətləndirən bir insanın bəsirət gözünün tamamilə kor olması da çox təbii haldır. Belə insanlar hər şeyi olduğundan daha fərqli şəkildə qəbul edir və tam əksinə olan şərhlər verirlər.

Şeytanın İnsanları Yoldan Çıxarması

Şeytanın məntiqsiz düşüncəsinə əsasən onun alçalmasına insan səbəb olmuşdur. O da Allah`ın hüzurundan qovulmazdan əvvəl bu vəziyyətə düşməsinə səbəb olan insanı özü kimi azdırıb ondan intiqam almaq üçün Allah`dan müəyyən bir möhlət istəmişdi. Beləliklə, şeytan qısqandığı, özündən üstün olmasını istəmədiyi insanı müxtəlif yollarla doğru yoldan azdıracaq və bu, onun Allah qarşısında təkəbbür göstərməsinə səbəb olacaqdı. Şeytan özü alçaldıldığı bir halda insanın üstün olması onun təkəbbürünə sığışmayan bir vəziyyətdir. Quranın şeytan haqqında olan hekayəsində bu hadisə belə bildirilir:
«Allah: «Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?» deyə buyurdu. (İblis:) «Mən ondan daha yaxşıyam, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!» dedi».

Allah buyurdu: «Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək yaramaz. Çıx, çünki sən alçaqlardansan!»
İblis dedi: «Mənə qiyamətə qədər möhlət ver!»
Allah buyurdu: «Sən möhlət verilənlərdənsən!»
İblis dedi: «Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra Onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!» («Əraf» surəsi, 1217).
Bu hadisədən sonra İblisin insana qarşı mübarizəsi başlandı. Bundan sonra İblis ona verilən möhlət ərzində insanları Allah yolundan çəkindirəcək, bu məqsədlə də hər bir yoldan istifadə edəcək və insanların əksəriyyətini özünə tabe edəcəkdi. Belə ki, Quranda həqiqətən də əksər insanların şeytana tabe olduğu və bu səbəbdən də çox alçaldıldığı bildirilir. Həmin andan sonra İblis insan nəslindən olan bir çoxlarını yolundan azdırdı və öz tərəfinə çəkdi. Onun özü kimi cinlərdən də bir çox köməkçiləri oldu.
İblisin köməkçiləri olan bu cinlər və insanlar da onun kimi şeytani sifətə malikdirlər. «Şeytan» sözünün kökü «uzaq olmaq» kəlməsindən gəlir və bu söz təkəbbür göstərərək Allah`ın rəhmətindən qovulub uzaqlaşdırılmış hər bir yolundan azmış və günahkar olan bəndənin əsl sifətini müəyyən və ifadə edir. Bu cin və insanlar İblisin yolu ilə gedir, özləri təkəbbür göstərərək yoldan azdıqları kimi başqa insanları da düz yoldan azdırmaq istəyirlər. Quranda həmin cin və şeytanlardan belə bəhs olunur:
«Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə birbirinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!» («Ənam» surəsi, 112113).
Şeytanın təkəbbürü eyni zamanda onun yoldan azdırdığı, özünə tabe etdiyi, özünə bənzətdiyi insanların da ən böyük əlamətidir. Təkəbbür şeytanın möhürü və imzası kimi bir şeydir. Şeytan öz nəzarəti altına aldığı, özünə tabe etdiyi adamları məhz bunun vasitəsilə damğalayır.
Buradan da aydın olduğu kimi, öz təkəbbürü səbəbi ilə Allah`ın hüzurundan qovulmuş şeytanın sözügedən xəstəliyi insanlar üçün böyük bir təhlükə törədir. Çünki şeytan insanı özünə yaxınlaşdırmaq üçün ilk növbədə öz xəstəliyini bu insanlara yoluxdurur. Lovğalıq və təkəbbürlülük kimi pis xəstəliyə tutulan insanın ağlı və şüuru qapalı olur, onun bəsirət gözü kor olur. Bu səbəbdən də möminlər Quranda şeytanın tamamilə əksinə olaraq sadəliyə, səmimiliyə və gözütox olmağa sövq edilmişlər:
«...Sizin tanrınız yalnız bir olan Allah`dır. Yalnız Ona təslim olub itaət edin. Sən də itaət edənlərə müjdə ver!» («Həcc» surəsi, 34).
Şeytanın təsiri müxtəlif formalarda ortaya çıxa bilər. Məlum olduğu kimi, şeytan Allah`ın ona verdiyi nemətlərdən Rəbbimizə yaxınlaşmaq və Ona şükr etmək üçün istifadə etmək əvəzinə elə həmin nemətlər sayəsində azğınlaşıb yoldan azmışdır. Şeytan Allah`ın sadəcə olaraq bircə dəfə diləməsi ilə onu yox edəcəyini düşünmədən Allah`ın əmrinə qarşı çıxmışdır. Bu xüsusiyyət şeytana tabe olan insanlarda özünü daha açıq şəkildə büruzə verir. Məsələn, bir insan zahirən dinə xidmət etmiş kimi görünə bilər. Lakin insan bu xidməti ona yalnız Rəbbi tərəfindən verilmiş və nəticədə ona Allah`ın razılığını qazandıracaq bir imkan kimi qiymətləndirməlidir. Əks halda insanın bunu Allah`ın nəzarəti olmadan, öz gücünə əldə etdiyi bir uğur kimi təsəvvür etməsi və bununla öyünməsi səhv olardı. Çünki əldə etdiklərini özünə aid etmək və malik olduğu xüsusiyyətlərlə lovğalanıb öyünmək şeytana və ona tabe olanlara xas olan bir cəhətdir. Belə ki, malik olduğu zənginliyi öz şəxsi əməyinin nəticəsi sayan, bununla lovğalanıb «Bu mənə yalnız məndə olan elm sayəsində verilmişdir» («Qəsəs» surəsi, 78) deyən Qarun yolundan azması səbəbi ilə Allah tərəfindən cəzalandırılmış insanlara dair mühüm bir örnəkdir.
Unutmaq olmaz ki, şeytan insana özünü hiss etdirmədən, yəni çox hiyləgərcəsinə yaxınlaşır. O bu zaman lazım gələndə çox asta şəkildə, ehtiyatla hərəkət edir, tələsmir. Özünü yüksək tutmaq kimi təlqinini insanlara uzun müddət ərzində və bir çox müxtəlif hadisənin timsalında çox astaasta edə bilir. Əgər insan şeytanın bu üsulu qarşısında ayıqsayıq olmasa, həmin təlqinlərin təsiri bir müddət sonra getgedə artıb böyüyəcək. Məsələn, əldə edilən kiçik bir müvəffəqiyyətdən sonra şeytan insana mütləq müəyyən şeyləri təlqin etmək istəyəcək. Həmin təlqinlər nəticəsində insanlar ola bilsin ki, «bu işi mən gördüm, mən çox bacarıqlıyam, çox qabiliyyətliyəm» kimi bəzi ifadələri işlətməsinlər. Lakin şeytanın burada işə saldığı taktika həmin sözləri açıq şəkildə dedizdirmək əvəzinə o hissləri insanın qəlbinə salıb ona daxilən təsir etməyə çalışmaq kimi bir hiyləyə əl atmaqdan ibarətdir. Əgər insan bu müvəffəqiyyətin tək sahibinin Allah olduğunu qəlbən hiss etməsə, o, şeytanın arasıkəsilməz vəsvəsələri, hiylələri və təlqinləri nəticəsində bir müddət sonra bütün uğurların yalnız özünə aid olmasına qəlbən inanmağa başlayacaq.
Insanın həmin ruhi vəziyyəti bir qədər də davam edərsə, təkəbbür onun bütün xarakterinə hakim kəsiləcək. Artıq yalnız öz bildiyini edən, özü göstəriş verən, «öz əli öz əməli» olan, ağlını başqa insanların ağlından üstün tutan bir insan tipi ortaya çıxmış olur. Yəni insanın daxilindəki özünü üstün tutma mərəzi üzə çıxır. Belə bir psixologiyaya qapılan insanın ruhunda zaman keçdikcə çox ciddi zədələr əmələ gəlir. Bir müddət sonra isə onun qəlbi Allah`ın ayələrinə qarşı etinasız olur. Belə ki, Quranda yalnız təkəbbür göstərməyənlərin Allah`ın ayələrinə iman gətirə biləcəkləri bildirilir:
«Bizim ayələrimizə ancaq ayələrimizlə öyüdnəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmdsəna ilə təqdis edənlər iman gətirərlər («Səcdə» surəsi, 15).

Şeytana Uyanların Aqibəti

Təkəbbürə meylli, lovğalıq dolu qəlblərdə şeytanın təsiri daha böyükdür. Allah`ın qüvvəsini tanıyacaq bir imana və ağıla malik olan insanlar (Quranda insanların əksəriyyəti bu qrupa aid edilir) şeytanın addımlarına uymuş və onun firqəsinə çevrilmişlər. Ayədə bu insanlardan belə bəhs edilir:
«Şeytan onlara hakim olmuş və Allah`ı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Bilin ki, ziyana uğrayanlar məhz onlar şeytanın firqəsidir!» («Mucadələ» surəsi, 19).
Şeytanın arxasınca gedənlər və ona aldananlar ən böyük çaşqınlıqla əlbəttə ki, axirətdə rastlaşacaqlar. Çünki onlar həm cəhənnəmlə qarşılaşacaq, həm də şeytan orada onları tək qoyacaq. O zaman həmin insanlar şeytanın yalnız boş vədlər verdiyini, onun sözlərinin yalandan başqa bir şey olmadığını görəcəklər. Lakin onda çox gec olacaq, çünki şeytanın onları aldatdığı məlum olmuşdur, indi onları cəhənnəm əzabı gözləyir. İşişdən keçdikdən sonra şeytan belə deyir:
«Iş bitdikdə şeytan belə deyəcək; «Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə sizin məni şərik qoşmağınızı da inkar etmişdim. Həqiqətən, zalimləri şiddətli bir əzab gözləyir!» ("İbrahim» surəsi, 22).